Azərbaycanda yeni telekanal yaradılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda xüsusi reklam televiziya kanalının yaradılmasına dair işlər aparılır.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İctimai Şurasının sədri Fərhad Qaraşov deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda bununla bağlı görülən işlər ictimaiyyətə açıqlanacaq.
"Ümumiyyətlə, reklam bazarında baş verən hər hansı dəyişikliklərə getmək ictimai birlik tərəfindən, düşünürəm ki, daha məqsədəuyğun olacaq. Hazırda artıq Reklamçılar İttifaqı mövcuddur, lakin onların fəaliyyəti yetərincə qənaətbəxş deyil", - deyə F.Qaraşov qeyd edib.
Oxşar xəbərlər
MTRŞ sədri: “Reytinqin keyfiyyətli ölçülməsi olmadan keyfiyyətli televiziyanı təsəvvür etmək mümkün deyil”
BAKU.WS Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarovun “Report”a müsahibəsini təqdim edir: - Uzun illər boyu mətbuatd...