Azərbaycanda yeni evlənən cütlüklərə dövlət bu güzəştləri edilir
Azərbaycanda yeni evlənən gənclərin sosial təminatının gücləndirilməsi son illərin ən çox müzakirə olunan mövzularından biridir. Maraqlıdır ki, yeni evlənən gənc cütlüklərə ölkəmizdə hansı güzəştlər edilir və ya edilə bilər?
Məsələ ilə əlaqədar Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov BAKU.WS-ə açıqlama verib.
O, bildirib ki, Azərbaycanda gənc ailələr üçün həm güzəştli ipoteka kreditləri, həm də uyğun qiymətə mənzil təminatı həyata keçirilir:
"Güzəştli ipotekanın şərtlərinə görə burada maksimum məbləğ 100 min manat, illik faiz 4-dür. Bundan başqa güzəştli ipoteka kreditləri Azərbaycanda ən aşağı faizlə təklif olunan kreditlərdir. Adi ipoteka kreditində faiz 8-dir. Ona görə də burda məqsəd gənc ailələrin mənzil təminatına yönəlib. Eyni zamanda Sosial Mənzil Fondu da genişlənir. Buraya müraciət etməklə gənc ailələr sosial evlərdən faydalana bilər".
Onun sözlərinə görə, praktik olaraq həm güzəştli ipoteka, həm sosial evlər gənc ailələr üçün nəzərdə tutulub.
"Gənc ailələr əgər ipoteka götürüb mənzil yerini seçib mənzil almaq istəyirlərsə banklarda güzəştli ipoteka kreditlərindən istifadə edə bilərlər. Yaxud da təklif olunan yerlərdə mənzil almaq istəyərlərsə bu zaman MİDA-nın xətti ilə aşağı ödənişlə əldə edə bilərlər", - deyə V. Bayramov vurğulayıb.
Oxşar xəbərlər
Yolu düzgün yerdən keçməyən piyadalara qarşı tədbir görüldü
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol-...