Azərbaycanda yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı

Azərbaycanda hərbi xidmətə çağırış yaşının azaldılması ilə əlaqədar hazırda yaşı 31,5-dən çox olanların ordudan tərxisinə başlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Teleqraf.az-a məlumatlı mənbələrdən bildirilib.
Qeyd olunub ki, tərxis prosesi bütün Silahlı Qüvvələrdə həyata keçirilir.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 29-da Cinayət, Miqrasiya və İnzibati Xətalar məcəllələrində "Əhalinin sağlamlığının qorunması haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə, "Psixiatriya yardımı haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişikliyi təsdiqləyib.
Dəyişikliklərə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşdan 30 yaşadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaqlar. Buna qədər isə həmin yaş həddi 18-dən 35-dək idi.
Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilib.
Oxşar xəbərlər
Paytaxt küçələri belə yuyuldu
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, iyulun 12-də paytaxtda növbətidəfə genişmiqyaslı təmizlik işləri aparılıb. BAKU.WS xəbər verir ki, Bakı Şəhər...