Azərbaycanda xəstəxanalarda nə üçün tez-tez ölüm halları baş verir? - Tanınmış professordan AÇIQLAMA

Azərbaycanda xəstəxanalarda nə üçün tez-tez ölüm halları baş verir? - Tanınmış professordan AÇIQLAMA
Sosial 393

"Əvvəla onu deyim ki, ortada xəstəxanada ölüm halı var. İkincisi, ölən kifayət qədər gənc bir qızdır. Dünya praktikasına müraciət etsək, stasionarda, küçədə, evdə və başqa yerlərdə dünyasını dəyişən şəxslərin hər biri təşrih olunmalıdır, yəni yarılmalıdır".

Bu sözləri BAKU.WS-ə açıqlamasında tanınmış professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, ölümün birbaşa səbəbi Məhkəmə Tibbi Ekspertizanın rəyi ilə təsdiq olunmalıdır:

"İstər hüquq-mühafizə orqanları, istərsə də başqa sistemdə Məhkəmə Tibbi Ekspertizanın rəyi olmadan, ölümün səbəbi dəqiq bilinmədən bunun kimin təqsirindən olduğunu demək kimisə ittiham etmək anlamına gəlir. Hər hansı bir ölüm baş verdiyi halda, bunun həkim səhvi və ya yanaşı xəstəlik səbəbindən baş verməsini müəyyənləşdirən Məhkəmə Tibbi Ekspertiza olur. Dünyanın hər yerində bu məsələ belədir. Biz də bu yolu seçməliyik.

Lakin ölkəmizdə xəstə dünyasını dəyişəndə hay-küy qalxır, həkim günahlandırılır. Lakin ortada bir şey olmur. Eyni zamanda ölən şəxsin cəsədinin yarılmasına da icazə verilmir. Halbuki belə hallar Məhkəmə Tibbi Ekspertizanın predmeti olmalıdır. Bu məsələdə heç kimin ixtiyarı yoxdur ki, cəsədin təşrih olunmaına icazə verməsin.

Biz insan hüquqları məsələsinə diqqət yetirməliyik. Hər bir vətəndaşın hüququnun arxasında dövlət dayanır. Ona görə, Məhkəmə Tibbi Ekspertizanın rəyi ortada olandan sonra bu məsələlər barədə dəqiq fikir bildirmək, rəy yürütmək, hüquqi baxımdan düzgün qərarlar vermək mümkündür".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu ilin əvvəlindən 900-dən çox uşağa ananın soyadı verilib

Bu ilin əvvəlindən 900-dən çox uşağa ananın soyadı verilib

Azərbaycanda bu il ərzində 38 514 uşağa atanın soyadı, 924 uşağa isə ananın soyadı verilib. BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Ədliyyə Nazirliyindən mə...

11 Sosial 11:32 31 iyul 2026

Son xəbərlər