Azərbaycanda "WhatsApp"da yayılan səs yazısı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
"Təəssüf ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı müəyyən dələduzluq hallarının yayıldığını müşahidə edirik".
BAKU.WS xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı bildirib.
Onun sözlərinə görə, hazırda "WhatsApp"da səs yazısı vasitəsilə həqiqəti əks etdirməyən müxtəlif məlumatlar paylaşılır:
"İlk növbədə bildirirəm ki, sertifikatlaşdırma nəticələri "smslə gəlmir." Sertifikatlaşdırmanın test imtahanı mərhələsi avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir. İmtahan başa çatdıqdan dərhal sonra elan edilir. Yəni prosesdə iştirak edən müəllim imtahan zalından artıq nəticəsini bilərək çıxır.
Səs yazısında haqqında danışılan "imtahan komitəsi" adında bir anlayış və ya qurum yoxdur. İmtahan təşkilində bu adda hər hansı bir "komitə" fəaliyyət göstərmir.
Sertifikatlaşdırma prosesi Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada həyata keçirilir. Məqsəd, təbii ki, şəffaflığın təmin olunmasıdır".
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...