Azərbaycanda vurulan “Pfizer” peyvəndi xaricdə tanınmır? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan vətəndaşı ölkəmizdə koronavirus əleyhinə vurdurduğu “Pfizer” vaksinin xaricidə tanınmadığını iddia edib.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, vətəndaş sosial şəbəkədə bildirib ki, vaksin pasportunu xaricdə qəbul etməyiblər, səbəb kimi isə vurulan “Pfizer” vaksininin seriya nömrələrinin eyni olması göstərilib.
Məsələ barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, Azərbaycana COVID-19 xəstəliyi əleyhinə vaksinlər mərhələli şəkildə gətirilir:
“COVID-19 vaksin sertifikatı”nda qeyd olunan seriya nömrələri ölkəyə gətirilən vaksin partiyalarının nömrələrini bildirir. Vətəndaşa eyni partiyadan olan vaksin vurulduqda “COVID-19 vaksin sertifikatı”nda da birinci və ikinci dozaların seriya nömrələri eyni olur”.
Oxşar xəbərlər
Peyvənd seçimi ilə bağlı vətəndaşlara MÜRACİƏT
Azərbaycanda istənilən vətəndaş ölkədə istifadə edilən 4 peyvənddən birini könüllü seçə bilər. BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və...