Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər Universitetinin Təbiət Elmləri və Mühəndislik fakültəsinin Fizika və Elektronika departamentinin müdiri vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə universitetin “Facebook” səhifəsində məlumat paylaşılıb.
Departament müdiri Nuru Səfərov 55 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Nuru Səfərov 18 oktyabr 1966-cı il Azərbaycan Respublikası Neftçala rayonu Xəzər kəndində anadan olub.
1983-cü ildə Ukrayna Respublikasındakı Dnepropetrovsk Dövlət Universitetinin radiofizika fakültəsinə qəbul olub, 1988-ci ildə oranı radiofizika və elektronika ixtisası üzrə bitirib.
1997-ci ildə “Optik örtüklü silisium günəş elementlərində fotovolt və radiasiya effektləri” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb, 2007-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının professoru adına layiq görülüb.
70-ə yaxın elmi məqaləsi vardır, o cümlədən 5 ixtira müəllifidir.
Oxşar xəbərlər
Ali məktəblərə müsabiqə şərtləri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) 2021-2022-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə tələbə qəbulunun şərtlərini açıqlayıb. DİM-dən BAKU.WS-ə verilən məlumata g...