Azərbaycanda uşaq dünyaya gətirən 18 yaşadək anaların yaşadıqları rayonların adları açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda 18 yaşadək analar tərəfindən doğulan uşaqların iqtisadi rayonlar üzrə statistikası açıqlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.
Sənəddə qeyd edilib ki, 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil edib. Onlardan Aran iqtisadi rayonu üzrə 698 nəfər, Gəncə-Qazax iqtisadi rayonu üzrə 325 nəfər, Lənkəran iqtisadi rayonu üzrə 306 nəfər və Dağlıq Şirvan iqtisadi rayonu üzrə 109 nəfər qeydə alınıb.
Ən az göstərici isə Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 40 nəfər olmaqla qeydə alınıb.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...