Azərbaycanda telekommunikasiya kanallarına qoşulma və istifadəyə dair tariflər təsdiqlənib
Yeniliklərdən dərhal xəbərdar olun
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorlarının təşkil etdiyi ölkədaxili telekommunikasiya kanallarına qoşulma və istifadə ilə bağlı tariflərin tənzimlənməsi haqqında qərar qəbul edib.
BAKU.WS xəbər verir ki, qərarı nazir Rəşad Nəbiyev imzalayıb.
Qərara əsasən, ölkədaxili telekommunikasiya kanallarına qoşulma ilə bağlı tarif kanalın tutumdan asılı olmayaraq ƏDV daxil olmaqla 50 manat, kanallardan istifadə ilə bağlı aylıq tariflər isə aşağıdakı kimi təsdiqlənib:
Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Oxşar xəbərlər
Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də...
Oktyabrın 30-dan 31-nə keçən gecə Yer kürəsində zəif və orta intensivlikli maqnit qasırğası başlaya bilər. Hadisənin təxminən 12–15 saat davam edəcəyi gözlənili...