Azərbaycanda son sutkada COVİD-19-a yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 945 yeni yoluxma faktı qeydə alınıb, 1 027 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 394 451 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 346 810 nəfər müalicə olunaraq sağalıb, 5 340 nəfər vəfat edib. 42 301 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 079, bu günə qədər isə ümumilikdə 4 329 920 test icra olunub.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı - RƏSMİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 769 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...
