Azərbaycanda son sutkada 2021 nəfər COVID-19-a yoluxub

04
apr
2021
15:05
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2021 yeni yoluxma faktı qeydə alınıb, 776 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 270 735 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 241 646 nəfər müalicə olunaraq sağalıb, 3 677 nəfər vəfat edib, aktiv xəstə sayı 25 412 nəfərdir.
Ölkədə son sutka ərzində 12 210, hazırkı dövrədək isə 2 928 955 test aparılıb.

Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 814 yeni yoluxma faktı qeydə alınıb, 342 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanın...