Azərbaycanda son gündə COVID-19-a yoluxanların və peyvənd olunanların sayı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda son gün ərzində koronavirus infeksiyasına 13 yeni yoluxma qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə BAKU.WS-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, xəstəlikdən ölən olmayıb.
Ölkədə indiyədək ümumilikdə 829 870 nəfər koronavirusa yoluxub. Onlardan 819 241 nəfər müalicə olunaraq sağalıb, 10 185 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 444 nəfərdir.
Son gün ərzində 667, hazırkı dövrədək isə 7 561 346 test aparılıb.
Qeyd edilib ki, son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Oxşar xəbərlər
Son sutkada neçə nəfər koronavirusa yoluxub?
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında...