Azərbaycanda son bir ilin ən böyük xalçası toxundu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün “Azərxalça”nın Qobu emalatxanasında son bir ildə toxunan ən böyük ölçülü xalça kəsilib.
Bu barədə BAKU.WS-ə “Azərxalça”dan məlumat verilib.
Bildirilib ki, sözügedən xalça beş ay müddətində dörd toxucu xanım tərəfindən toxunub. Quba məktəbinə aid “Pirəbədil” çeşnisi ilə toxunan xalça 24 kvadratmetrdir.
Bu, fəaliyyət göstərdiyi müddətdə Qobu emalatxanasında kəsilən dördüncü böyük ölçülü xalçadır.
Xatırladaq ki, böyük kvadratlı (24-25 kv metr) xalçaları toxumaq üçün “Azərxalça”nın hər bir emalatxanasında iki böyük ölçülü xalça dəzgahı mövcuddur.
Qalereya
Oxşar xəbərlər
Xalçaçılarının peşə bayramı münasibətilə 149 xalça kəsilib - FOTO
5 may Azərbaycan xalçaçılarının peşə bayramı günü münasibətilə gün ərzində 21 “Azərxalça” filialında ümumilikdə bitmiş yeni 149 xalça kəsilib. Bu barədə BAKU.WS...