Azərbaycanda səyyar briqadalar vasitəsilə vaksinasiyaya başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu gündən etibarən Bakıda vaksinasiya prosesinin sürətləndirilməsi, tibb məntəqələrində sıxlığın qarşısının alınması məqsədi ilə dövlət müəssisələrində yerində səyyar briqadalar təşkil olunmaqla vaksinasiya prosesinə başlanılıb. Bu proses bizə daxil olan çox saylı müraciətlər əsasında həyata keçirilir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri Aygün Əliyeva deyib.
"İlk proses 1 saylı “ASAN xidmət” mərkəzində həyata keçirilir", - TƏBİB rəsmisi bildirib.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya hazırlıqlar başlayıb - FOTO
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Yeni klinika tibb müəssisəsinin nəzdində olan təlim mərkəzində "COVID-19 vaksinasiya prosesinin təşkili və əla...