Azərbaycanda sanatoriyaya getmək istəyənlərin sayında ARTIM - Növbələr YARANDI

Kimisi Şəkidən, kimisi Bakıdan, kimisi Sumqayıtdan gəlib.
Yollayış almaq üçün gələn təqaüdçülər yay aylarında kurort istirahət mərkəzlərinə getmək üçün növbə gözləyirlər.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, indiyədək vətəndaşlar istirahət və müalicə üçün iş yerlərindəki müvafiq həmkarlar təşkilatına müraciət edərək göndəriş ala bilirdilər. İndi isə qaydalar dəyişib. Vətəndaşlar da xeyli növbə gözləməli olduqlarını deyirlər. Yollayışların yalnız payız üçün verildiyini iddia edənlər də olub.
Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Elkiyar Ziyadov bildirib ki, artıq bir müddətdir yollayışların verilməsi prosesi mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Vətəndaşlar yollayış üçün telefonla və ya birbaşa "Kurort" Turizm İnformasiya Mərkəzinə müraciətlər edirlər. Müraciət zamanı vətəndaşın şəxsiyyət vəsiqəsinə və sosial statusuna dair məlumatlar, eləcə də iş yeri, getmək istədiyi sanatoriya və tarix barədə məlumatlar reyestrə daxil edilir.
Elkiyar Ziyadov yaşı 65-dən çox olan şəxslərə yollayışların yalnız payızda verilməsi ilə bağlı səsləndirilən iddiaların isə həqiqətə uyğun olmadığını deyib.
Qeyd edib ki, müraciətlər növbəlilik prinsipi ilə reallaşdırlır.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Ramiz Rövşən səhhətində yaranan problemdən danışdı
Xalq şairi Ramiz Rövşənin səhhətində problem yaranıb. BAKU.WS xəbər verir ki, o bu barədə "Qonaqcanlı" proqramına açıqlamasında bildirib. Şair qeyd edib ki, ay...
