Azərbaycanda sabiq yüksək vəzifəli məmur milyonluq dələduzluqda ittiham olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi Cavanşir Əvəzov barəsində cinayət işi başlanılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, sabiq idarə rəisi bələdiyyələrə təzyiq göstərməklə torpaq sahələrini qanunsuz yolla ələ keçirməkdə ittiham olunur.
İttihama görə, Cavanşir Əvəzov vəzifə səlahiyyətlərindən istifadə edərək bələdiyyələrdən qeyri-qanuni olaraq aldığı torpaq sahələrini yaxınlarının adına sənədləşdirib.
Cavanşir Əvəzov barəsində Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb, barəsində istintaq dövrü müddətində həbsə alternativ qətimkan tədbiri seçilib.
Cavanşir Əvəzov cinayət işi ilə bağlı bir müddət əvvəl vəzifəsindən azad olunub.
İş üzrə zərərçəkmiş qismində tanınmış bələdiyyələrə və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə dəymiş ziyan 500 min manatdan çoxdur.
İş üzrə məhkəmə araşdırması başlayıb.
Oxşar xəbərlər
Vəkil keçmiş MTN generalının oğluna vurduğu yarım milyon manatlıq ziyanı ödəyib
Həbsdə olan ləğv edilmiş MTN generalı Mövlam Şıxəliyevin ailəsinə qarşı 510 min manatlıq dələduzluqda təqsirləndirilən tanınmış vəkil Elçin Qəmbərovun cinayət i...