Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 25 % artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 148,332 milyon manat sığorta haqqı toplanılıb.
BAKU.WS Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,1 % azdır.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 25 % artaraq 47,664 milyon manata çatıb.
Beləliklə, yanvarda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 32,1 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 24,6 manat olub.
Xatırladaq ki, yanvar-fevral aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 277,562 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 148,800 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 37 % çoxdur.
2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 38,6 manat olub.
Oxşar xəbərlər
Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin SAYI AÇIQLANDI
Cari ilin mart ayı ərzində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ümumilikdə 18 269 887 sərnişin daşınıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər ver...