Azərbaycanda qədim aramey əlifbası ilə yazılmış daş kitabə tapılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şəki-Zaqatala iqtisadi rayonunun inzibati ərazisindən qədim aramey əlifbası ilə yazılmış daş kitabə tapılıb.
BAKU.WS-in məlumatına görə, bu barədə APA-ya AMEA-nın Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli bildirib.
A.Məmmədlinin sözlərinə görə, aparılan tədqiqat zamanı qədim aramey əlifbası ilə yazılmış daş kitabə aşkar edilib: “Bu tapıntının bölgə tarixi üçün maraqlı bir yenilik olduğunu deyə bilərik”.
A.Məmmədli yazının tədqiqat mərhələsində olduğunu əsas göstərərək, hələlik başqa məlumatın verilməsinin doğru olmadığını bildirib. Tədqiqatçı yaxında bölgənin tarixini özündə əks etdirən minlərlə eksponatın toplandığı muzeyin, eləcə də yazılı daşın təqdimatı ilə bağlı tədbirin keçiriləcəyini bildirib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...