Azərbaycanda qanunsuz dini yığıncaqlar təşkil edən qadın saxlanıldı - FOTO

Azərbaycanda qanunsuz dini yığıncaqlar təşkil edən qadın saxlanıldı - FOTO
Sosial 170

Göyçay rayonunda qanunsuz dini yığıncaqlar təşkil edən qadın saxlanılıb.

BAKU.WS xəbər verir ki, Samirə Cəfərova iki min manat cərimə olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Samirə Cəfərova Göyçay Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı saxlanılıb:

“Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin, eləcə də keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsi ilə protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə S.Cəfərova iki min manat cərimə olunub”.

Azərbaycanda qanunsuz dini yığıncaqlar təşkil edən qadın saxlanıldı - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qanunsuz heyvan kəsimi ilə məşğul olan 31 məntəqədə kəsim qurğuları sökülüb

Qanunsuz heyvan kəsimi ilə məşğul olan 31 məntəqədə kəsim qurğuları sökülüb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı bir s...

157 Sosial 20:03 02 sentyabr 2022

Son xəbərlər