Azərbaycanda ötən gün ərzində COVİD-19-a yoluxanların sayı bəlli oldu

Azərbaycanda ötən gün ərzində COVİD-19-a yoluxanların sayı bəlli oldu
Sosial 308

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 433 yeni yoluxma faktı qeydə alınıb, 1 531 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 788 958 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 774 246 nəfər müalicə olunaraq sağalıb, 9 500 nəfər vəfat edib. 5 212 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 530, bu günə qədər isə ümumilikdə 6 593 522 test icra olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər