Azərbaycanda onlarla ana və uşağı koronavirusa yoluxub
Yeniliklərdən dərhal xəbərdar olun
“Əgər bir körpə koronavirusa yoluxubsa, uşaqlar üçün ayrılan xəstəxanada ananın müşahidəsi ilə müalicə aparılır. Əksi baş verərsə və ya ana ilə övladı eyni anda yoluxubsa, hər ikisinin müalicəsi digər tibb müəssisəsində bir palatada həyata keçirilir”.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, bunu Yeni Klinika Tibb Müəssisəsinin direktoru Pərviz Abbasov deyib.
O, Real TV-yə müsahibəsində bildirib ki, bu gün ölkədə belə xəstələrin sayı 10-larladır: “Söhbət 16 yaşa qədər olan yeniyetmələrdən gedir”.
P.Abbasov qeyd edib ki, hazırda klinikada 50 yaşın üzərində olan xəstələr üstünlük təşkil edir: “Bu da xəstələrin 70%-i deməkdir. Yaşından asılı olaraq müalicə protokolları dəyişir. Gedişat da xəstəliyin mərhələsindən asılıdır. Ümumi protokol isə eynidir. Ağırlaşmaya görə müalicə həkimin rəyindən asılıdır. Fərqlilik reanimasiya şəraitində olan xəstələrə görədir”.
Oxşar xəbərlər
Qadağa yoxdur: özəl klinikalar koronavirus xəstələrini müalicə edəcəkmi?
Azərbaycanda koronavirusa yoluxan xəstələrin sayı durmadan artır. İndi ölkədə 19 mindən çox insan bu virusa yoluxub, onlardan 241 nəfər dünyasını dəyişib. Hazır...