Azərbaycanda “Omikron” ştammına yoluxma qeydə alınıb? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda koronavirus infeksiyasının “Omikron” ştammına yoluxma faktı aşkarlanmayıb.
BAKU.WS xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.
Qeyd olunub ki, bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalar davam edir: “Azərbaycana xaricdən daxil olan, həmçinin ölkə ərazisində klaster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb. Yeni ştamm aşkar olunacağı təqdirdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.
Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “Omikron” ştammı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştamma yoluxma halları qeydə alınıb.
Oxşar xəbərlər
Hansı vaksin “Omikron” ştammına qarşı effektivdir? - ÜST-dən açıqlama
“Azərbaycanda ən son “Delta” ştammı aşkarlanıb. Bütün dünyada olduğu kimi burada da insanlar həmin ştamdan əziyyət çəkirlər. Hələlik Azərbaycanda “Omikron” ştam...