Azərbaycanda “Omicron"un yeni ştamına yoluxan var? - RƏSMİ CAVAB - VİDEO

Azərbaycanda “Omicronun yeni ştamına yoluxan var?  - RƏSMİ CAVAB - VİDEO
Video
Sosial 389

Azərbaycanda koronavirsun yeni ştamı olan “Omicron XBB.1.5”ə yoluxma faktı qeydə alınmayıb.

BAKU.WS xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu Xəstəliklər və İnfeksion Nəzarətin Təşkili Şöbəsinin əməkdaşı Turan İbrahimova “Real TV”də bildirib.

TƏBİB rəsmisi əlavə edib ki, sözügedən virus “Omikron”un subvariantı olduğuna görə, ona yoluxan şəxs xəstəliyi elə “Omikron” kimi keçirir:

“Bunun müxtəlif ştamları olsa belə, bizlərə yad virus deyil. Biz COVİD-lə həm diaqnostikanı, həm də müalicə yollarını bilirik. Bu ştamın “Omikron”dan elə də fərqi yoxdur”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər