Azərbaycanda növbəti tədris ili üçün tətil günləri AÇIQLANDI

Azərbaycanda 2021-2022-ci tədris ili üçün tətil günləri açıqlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin “Ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında” əmrində bildirilib ki, ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
Tədris iki yarımilə bölünür. Birinci yarımil: 15 sentyabr-26 yanvar; ikinci yarımil: 1 fevral-14 iyun.
Tədris ili ərzində müəyyən edilən tətillər isə belədir: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).

Oxşar xəbərlər
“Payız tətili olmayacaq, distant dərslər davam edəcək” - RƏSMİ
Təhsil Nazirliyi 16-20 noyabr tarixlərində payız tətilinin olub-olmayacağına aydınlıq gətirib. BAKU.WS xəbər verir ki, nazirlikdən APA-nın sorğusuna verilən cav...