Azərbaycanda nadir hallarda rast gəlinən xəstəliklərə yoluxanların sayı açıqlanıb

Azərbaycanda nadir hallarda rast gəlinən xəstəliklərə yoluxanların sayı açıqlanıb
Sosial 140

Ötən il Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən beş xəstəlik növünə yoluxma qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata əsasən, 2024-cü ildə ən çox yoluxma halı exinokokkz (parazitar xəstəlik, əsasən tüklü heyvanlardan insanlara keçir və qaraciyər, ağciyər və digər orqanlarda kistlərin əmələ gəlməsinə səbəb olur) xəstəliyində rast gəlinib:

"Ən çox yoluxma halı 33 nəfər olmaqla exinokokkz xəstəliyində rast gəlinib. 10 nəfərdə cüzam (xroniki infeksion xəstəlik), 11 nəfərdə visseral və dəri leyşmanioz (insanlar və məməlilərə əsasən mığmığaların dişləməsi yolu ilə yoluxan protozoan xəstəlik), 2 nəfərdə isə quduzluq aşkarlanıb".

Son xəbərlər