Azərbaycanda müqəddəs Ramazan ayı başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycanda müqəddəs Ramazan ayı başlayır.
BAKU.WS xəbər verir ki, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi saytında bildirilir ki, bu il Qədr (Əhya) gecələri martın 8-i, 10-u, 12-si və 16-sına təsadüf edəcək. Qədr gecəsi Qurani-Kərimin nazil olduğu və min aydan daha xeyirli sayılan gecədir. Müsəlmanlar bu gecələri xüsusi ibadət, dua və zikrlə keçirirlər.
Təqvimə görə, martın 20-i Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. Bayram günündə məscidlərdə bayram namazı qılınır, insanlar bir-birini ziyarət edir, ehtiyacı olanlara yardım göstərilir və süfrələr açılır.
Ramazan ayı boyunca möminlər sübh azanından gün batana qədər yemək və içməkdən çəkinir, eyni zamanda pis vərdişlərdən uzaq durmağa, daha çox xeyirxah əməllər etməyə çalışırlar. Bu ay həm də paylaşma və həmrəylik ayı kimi xarakterizə olunur.
Oxşar xəbərlər
Sabah Bakıda 23 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə BAKU....