Azərbaycanda müğənni karantini pozdu - FOTO

Binəqədi rayonu Abay Kunanbayev küçəsi, "Bolluq" bazarının yanında qanunsuz olaraq müştərilərə yerində xidmət göstərən paltar mağazası aşkar edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Əlahiddə Çevik Polis Alayının keçirdiyi əməliyyat zamanı mağaza sahibi, orada olan satıcılar və müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunublar və ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparılıblar.
Obyektdə karantin qaydalarını pozaraq qapalı məkanda olan şəxslərdən biri də Nəfəs adlı müğənnidir.

Oxşar xəbərlər
111 obyektdə kobud qayda pozuntuları aşkarlanıb - FOTO
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Res...