Azərbaycanda mikrofonla azan oxunmasının qadağan edilməsi xəbərlərinə - RƏSMİ AÇIQLAMA
07
okt
2019
18:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə mediasında Azərbaycanda mikrofonla azan oxunmasının qadağan edildiyinə dair məlumatlar yayılıb. Təəssüf ki, sözügedən məsələ uzun illər əvvəl gündəmdə olub və ləğv edilib.BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Türkiyə mediasında yayılan xəbərlər həqiqəti əks etdirmir:“Bu məsələnin doğru olub-olmadığını bilmək üçün azan saatlarında məscid yaxınlığında olmaq kifayət edir. 10 il bundan qabaq ortaya atılan və qarşısı alınan bir məsələni yeni tarixlə yayımlayıblar”.Xatırladaq ki, sözügedən məsələ 2000-ci illərdə geniş müzakirələrə səbəb olsa da, qarşısı alınmışdı. Belə ki, 10 il bundan əvvəl Qafqaz Müsəlmanlar İdarəsinin mətbuat xidməti vəzifəsində Akif Ağayev adlı şəxs çalışıb. Bu məlumatlar da təxminən onun katibliyi dövrünə təsadüf edib.A.Ağayev isə 2008-ci ildə vəfat edib. O vaxt yerli sakinlərin narazılığı səbəbindən gündəmə gələn məsələ Şeyxin ölkə başçısı ilə danışıqlarından sonra aradan qaldırılıb. Belə bir iddianın qarşısı alınıb.
Oxşar xəbərlər
Alim Qasımov Mailə Muradxanlının nəvəsinin toyunda “Azan” oxudu - VİDEO
Ötən gün televiziyaçı Lalə Əliyevanın və YUĞ Dövlət Teatrının aktyoru və rejissoru Əbdülqəni Əliyevin oğlunun toyu baş tutub. BAKU.WS xəbər verir ki, mədəniyyət...