Azərbaycanda məktəbli formaları dəyişdirilir? - QİYMƏTLƏR - VİDEO
Dövlət ümumtəhsil müəssisələrində təhsil alanların geyim formaları dəyişdirilir. Yeni formaların region və bölgələr üzrə rəng, material və modellərə görə fərqlənməsi təklif edilir.
BAKU.WS xəbər verir ki, Bakı Tekstil Fabrikinin təsisçisi Səkinə Babayeva AZTV-yə bildirib ki, öncə 1-4-cü siniflər, sonrakı mərhələdə isə digər siniflər üzrə geyimlər təklif olunub:
"Təklif olunan 4 modelin hər biri xüsusiləşdirilmiş məktəbli geyimləri sayılır. Bu modellərin hansı bölgələrə aid olacağını məktəblər özü seçir. İkili dəst üçün qiymət 30 manata yaxın olacaq. Üç və ya dördlü dəst olarsa, 55-65 manat arasında dəyişəcək".
Oxşar xəbərlər
Ümumi təhsil müəssisələrinin təsnifatı dəyişdi - SİYAHI
Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı “Sağlamlıq imkanları...