Azərbaycanda məktəbdə QƏTL: şagird şagirdi öldürdü - FOTO

Azərbaycanda məktəbdə QƏTL: şagird şagirdi öldürdü - FOTO
Foto
Sosial 497

Ötən gün Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsində törədilən qətl barədə xəbər vermişdik.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə qəsəbə ərazisində olan orta məktəbdə baş verib. Buranın şagirdi olan 17 yaşlı Tuncay Abdullayev digər şagird və həmkəndlisi olan Rəhman Süleymanov tərəfindən bıçaqlanıb.

Məlumata görə, qətl məktəbdə tənəffüs zamanı qeydə alınıb.

R.Süleymanov saxlanılıb. Barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb. Araşdırma davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər