Azərbaycanda məişət zorakılığı törədənlər cinayət məsuliyyəti daşıyacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanda məişət zorakılığının qarşısının alınması ilə bağlı müvafiq qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər layihəsi hazırlanıb. Bununla bağlı Cinayət, Mülki, İnzibati Xətalar Məcəlləsində bəzi bəndlərə dəyişikliklər ediləcək”.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dəyişikliklərlə məişət zorakılığına cinayət nöqteyi-nəzərdən diqqət yetirilib:
“Çünki bəzən məişət zorakılığına adi yanaşılır. Bəziləri hesab edir ki, əgər qadın zorakılığa məruz qalırsa, bu barədə cinayət işi açmamaq olar. Bu halların aradan qaldırılması istiqamətində qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...