Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix açıqlandı
06
may
2024
14:04
Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix açıqlanıb.
Bu barədə Lent.az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev məlumat verib.
Bildirilib ki, bu il Məhərrəm ayı iyulun 7-nə təsadüf edəcək:"Bu il Məhərrəm ayının ilk günü iyulun 7-nə, Aşura günü isə iyulun 16-na təsadüf etməlidir. Bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq".
Sədr müavininin sözlərinə görə, Məhərrəm ayından sonra gələn Səfər ayı avqustun 6-dan başlayacaq.
Oxşar xəbərlər
Azərbaycanda Ramazan ayının başlayacağı tarix AÇIQLANDI
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının növbəti iclası keçirilib. QMİ-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, QMİ-nin sədri Şeyx...