Azərbaycanda məhbuslar üçün xüsusi tibbi avtomobil ALINACAQ
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi cəzaçəkmə müəssisələrində vərəm infeksiyasına qarşı mübarizəyə dair yeni təşəbbüslə çıxış edib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, nazirlik məhbuslar arasında vərəmin vaxtında aşkarlanması və profilaktik müayinələrin aparılması üçün xüsusi təyinatlı tibbi avtomobilin alınması məqsədilə açıq müsabiqə elan edib.
Avtomobilin alınması üçün ehtimal olunan qiymət 254 min 966 manatdır.
Bu tibbi nəqliyyat vasitəsi mobil müayinə imkanları ilə təchiz olunacaq və ağır şəraitdə belə diaqnostik xidmətlər göstərməyə imkan yaradacaq.
Bu təşəbbüs həm məhkumların sağlamlığının qorunması, həm də penitensiar sistemdə infeksiya risklərinin minimuma endirilməsi baxımından vacib hesab olunur.
Oxşar xəbərlər
Bu şəxslərə 200 manat yardım veriləcək - Qısa zamanda kartlara oturacaq
"Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı son sənədlə ünvanlı sosial yardım alan ailələrə 200 manat birdəfəlik yardım həyata keçiriləcək". Bu sözləri BA...