Azərbaycanda koronavirusun yayılması digər xəstəliklərin azalmasına səbəb olub

Azərbaycanda koronavirusun yayılması digər xəstəliklərin azalmasına səbəb olub
Sosial 120

“Hər bir zərərin içində də xeyir var. Bu il dünya COVİD-19 bəlasına mübtəla oldu. Koronavirusa qarşı aparılan qoruyucu tədbirlər maska, sosial məsafə, gigiyenik qaydalara riayət etmək ona gətirib çıxardı ki, digər virus xəstəlikləri kəskin azalıb”.

Bu barədə Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev BAKU.WS-ə açıqlamasında bildirib.

“Söhbət tək koronavirusdan getmir. Digər qrip viruslarını törədiyi xəstəliklərin sayı kəskin azalıb. Bunu elə bizim klinikanın gündəlik təcrübəsi də göstərir.

Əvvəlki illərdə bu dövr biz nə qədər angina, qrip, paraqrip xəstələri qəbul edirdik. İndi artıq onlar yoxa çıxıb. Niyə? Çünki bu deyilən qaydalara riayət etməklə təkcə koronavirus yox, bütün viruslardan qorunmuş oluruq”, - deyə Nəsib Quliyev bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər