Azərbaycanda koronavirusla əlaqədar iki şəhərə giriş-çıxış bağlanır
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.
BAKU.WS xəbər verir ki, dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır.
Bu Qərar 2020-ci il 14 oktyabr saat 00:00-dan qüvvəyə minir.
Qeyd edək ki, Azərbaycanda 2 noyabr saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunub.
Oxşar xəbərlər
Azərbaycanda karantin rejimi qismən yumşaldıldı - QƏRAR
Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş...