Azərbaycanda koronavirusla bağlı SON DURUM

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) iyunun 15-nə olan məlumata əsasən, Azərbaycanda reanimasiyada olan və süni tənəffüs aparatına qoşulan koronavirus xəstələrinin sayını açıqlayıb.
BAKU.WS xəbər verir ki, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 132, süni tənəffüs aparatına qoşulan koronavirus xəstələrinin sayı isə 30 nəfərdir.
Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda müalicə olunan 4 463 nəfər aktiv xəstə var.
Xatırladaq ki, bu gün Azərbaycanda daha 367 nəfərdə koronavirus aşkarlanıb, 156 nəfər sağalıb, 3 nəfər isə ölüb.
Bununla da indiyədək ölkəmizdə koronavirusa yoluxanların sayı 10 324 nəfərə, sağalanların sayı 5 739 nəfərə, ölənlərin sayı isə 122 nəfərə çatıb.
Oxşar xəbərlər
Azərbaycanda daha 367 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib
Azərbaycanda 367 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə BAKU.WS-ə Nazirlər Ka...
