Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət açıqlanıb

Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət açıqlanıb
Sosial 143

“Ölkədə pandemiya ilə əlaqədar epidemioloji vəziyyət tam nəzarət altındadır”.

BAKU.WS xəbər verir ki, bunu “report”a müsahibəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

TƏBİB rəsmisi bildirib ki, gündəlik yoluxma sayı getdikcə azalır: “Ən vacib göstərici isə xəstəliyin ağırlığı, yəni kliniki vəziyyət və xəstəxanalara olan təlabatdır. Bu məsələdə də heç bir problem yoxdur və epidemioloji vəziyyət nəzarət altındadır”.

Qeyd edək ki, hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 329 nəfərdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər