Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI - RƏSMİ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 542 yeni yoluxma faktı qeydə alınıb, 501 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 811 131 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 797 668 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 667 aktiv xəstə var. Bu günə qədər 9 796 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 659, bu günə qədər isə ümumilikdə 7 138 810 test icra olunub.


Oxşar xəbərlər
Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 632 yeni yoluxma faktı qeydə alınıb, 5 797 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operati...