Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 6 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 828 358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 131 nəfər müalicə olunaraq sağalıb, hazırda 124 aktiv xəstə var. Bu günə qədər 10 103 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 579, bu günə qədər isə ümumilikdə 7 514 447 test icra olunub.
Oxşar xəbərlər
Azərbaycanda daha 14 nəfər COVID-19-a yoluxub - FOTO
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 14 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında O...