Azərbaycanda koronavirusa yoluxan tibb işçilərinin sayı açıqlandı - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
“Koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanalarda tibb işçilərinin virusa yoluxması halları çox azdır”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
Onun sözlərinə görə, tibb işçiləri arasında yoluxma halları əsasən, kənar xəstəxanalarda çalışan həmkarları arasında müşahidə olunur:
“Bu da koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanalarda tibb işçilərinin özlərini yaxşı qoruması deməkdir. Kənar xəstəxanalardakı tibb işçiləri bu xəstəlik onlara yoluxmaz deyə, qoruyucu tədbirlər görmürlər”.
H.Harmancı qeyd edib ki, son statistikaya görə 300 tibb işçisi koronavirusa yoluxub.
Oxşar xəbərlər
Nazirlər Kabinetindən karantin rejimindən çıxma ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda dünya ölkələri bütün səylərini yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəltmişdir. 2020-ci il mart ayı...