Azərbaycanda koronavirusa görə ayrılmış karantin zonasından reportaj - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda koronavirusa görə xüsusi ayrılmış xəxtəxanalarda karantin zonaları yaradılıb.
BAKU.WS-in məlumatına görə, Real TV-nin əməkdaşı belə xəstəxanalardan biri ilə tanış olmaq imkanı əldə edib.
Xəstəxananın baş direktoru Emin Hüseyn karantin zonasında koronavirus şübhəli xəstələr üçün yaradılmış şərait haqqında məlumat verib. O bildirib ki, xəstələr üçün ayrılmış stasionar şöbəyə giriş-çıxış tam məhdudlaşdırılıb.
E.Hüseyn deyib ki, karantin zonasında olan xəstələr yoluxma ehtimallı şəxslərlə təmasda olduqları üçün nəzarətdədirlər. Onlardan analizlər götürülüb, heç birinin virusa yoluxduğu təsdiqlənməyib. Lakin Ümumdünya Səhiyyə Təşkilatının protokoluna əsasən, onların 14 gün ərzində karantində olmaları vacibdir.
Karantində olan şəxslər də müsahibə verərək vəziyyətləri haqqında məlumat veriblər.
Oxşar xəbərlər
Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət - CƏDVƏL
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, Çinin Uhan şəhərində yaranan və sürətlə dünyaya yayılan koronavirus epidemiyasına 50-dən çox ölkədə rast gəlin...