Azərbaycanda insanların kütləvi xəstələnməsi ilə bağlı tanınmış professordan XƏBƏRDARLIQ
"Hazırda qarışıq bir durumdur. Pandemiya öncəsi rinaviruslar, qrip virusu, adenaviruslar və müxtəlif viruslar hər il peyda olur, müxtəlif infeksiyalar törədir. Biz ayrı-ayrı illəri xatırlasaq, hətta quş qripin özü və digər viruslar belə müşahidə edilib".
Bu sözləri BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, infeksionist Adil Qeybulla bildirib.
Tanınmış professor əlavə edib ki, pandemiya bitsə də, SARS-CoV-2 virusunun Omikron ştamının mutasiya variantları davam edir və mütəmadi olaraq müxtəlif xəstələrdə problemlər də yaradır:
Eyni zamanda qrip və onun alt forması olan influenza hər il olur. Bunlar da müxtəlif mutasiya variantlarında özünü göstərir. Bəziləri çox şiddətli, bəziləri də nisbətən zəif olur. Nəzərə almaq lazımdır ki, qripin nə vaxtsa bir pandemiyası da gözlənilir. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qarşıdakı illərlə bağlı proqnozudur.
Digər tərəfdən respirator sinsetial virus var. Bu uşaqlar arasında, xüsusilə də 15 yaşında olan uşaqlar və böyüklər arasında xeyli ağırlaşmalarla keçir. Yaddan çıxarmaq olmaz ki, biz pandemiyadan çıxmışıq, immun sistemi də xeyli zəifdir. Mən düşünürəm ki, insanlar qətiyyən bu pandemiyadan dərs götürməyiblər. Hər halda mənim qənaətim budur. İnsanlar maska taxmır, özlərini qorumur, xəstəlikləri görməzdən gəlir, ona görə də təmaslar zamanı xəstələnirlər. İmmun sistemi zəif olan şəxslərdə ağırlaşma və premariya ilə nəticələnir. Təbii ki, bu hallarda genişlənməkdədir.
Ona görə də bir hədəf qarşımıza qoymalıyıq, mümkün qədər xəstələnməmək. Xəstələndiyi halda başqasını xəstələndirməmək. Əgər hər kəs bunu bir hədəf kimi qarşısına qoyarsa, təhlükəli mənzərə yaranmaz. Çalışmaq lazımdır ki, qapalı məkanlarda, ictimai yerlərdə, insanların çox olduğu yerlərdə maska ilə gəzilsin, əllərin dezinfeksiyasına fikir verilsin, xəstə adamlarla yaxından təmas edilməsin. Bunlar olduqca çox vacibdir. Xəstəlik insanın həyatı bahasına başa gələ bilər və heç kim unutmamalıdır, diqqətli olmalıdır.
O ki qaldı profilaktik tədbirlərə, vitamin qəbul etmək, fiziki aktivliyi artırmaq çox vacibdir. Xəstəliyi olanlar yataq rejiminə keçməli, bol maye qəbul etməlidir. Əgər xəstəlik ciddiləşirsə, həkim təyinatı üzrə hərəkət etmək lazımdır. Özbaşına antibiotikləri qəbul etmək, müxtəlif dərmanlar qətiyyən məqsədəuyğun deyil".
Orxan Hüseyn
Oxşar xəbərlər
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib, tablolarda "dumanlı hava" işarəsi qoyulub
Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. BAK...