Azərbaycanda ilk dəfə onlayn könüllülük fəaliyyəti başlayır - FOTO

Azərbaycanda ilk dəfə onlayn könüllülük fəaliyyəti başlayır - FOTO
Foto
Sosial 533
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində “Virtual DOST” alt proqramının təqdimatı keçirilib.BAKU.WS xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST Agentliyi haqqında, eləcə də DOST mərkəzində könüllülük fəaliyyəti barədə danışıb, bəzi statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb.Agentliyin İnsan resurslarının idarə edilməsi və təlim departamentinin Könüllülərlə iş şöbəsinin müdiri Ruslan Mirzəliyev “Könüllü DOST” proqramının 3 alt proqramı, həmçinin “Virtual DOST” barədə geniş məlumat verib.O, “Virtual DOST”un əhatə edəcəyi şəxslər, onların seçim üsulları, yerinə yetirəcəyi funksiyalar və digər mikrolayihələrin həyata keçirilməsi haqqında da danışıb.Tədbirdə “Virtual DOST” alt proqramının “Məlumatlı ol” adlı ilk mikrolayihəsi də elan edilib. Mikrolayihə çərçivəsində yazılacaq ingiliscə məqalələr müxtəlif beynəlxalq elmi və media resurslarında dərc olunacaq.“Virtual DOST” alt proqramını “Könüllü DOST” proqramının tərkib hissəsidir. “Virtual DOST” alt proqramı sayəsində müxtəlif sahələr üzrə peşəkar mütəxəssislər, ictimai xadimlər kompüter, planşet və ya smartfondan istifadə etməklə ofisdə, evdə və ya internet olan istənilən məkanda könüllü kimi fəaliyyət göstərə biləcəklər. Bu proqram həmçinin əlilliyi olan şəxslərin sosial inteqrasiyası baxımından uyğunluq təşkil edir və onların evdən çıxmadan könüllü kimi fəaliyyət göstərmələri üçün yaxşı imkan yaradır. “Virtual DOST”lar təhsil, təlim, tədqiqat, PR, konsaltinq və s. sahələr üzrə verilən tapşırıqları onlayn qaydada yerinə yetirəcəklər.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DOST mərkəzinə müraciət edən 40 mininci vətəndaş - FOTO

DOST mərkəzinə müraciət edən 40 mininci vətəndaş - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı DOST mərkəzi 40 mininci vətəndaşı qəbul edib.Nazirlikdən BAKU.WS-ə verilə...

662 Sosial 19:16 09 oktyabr 2019

Son xəbərlər