Azərbaycanda iki universitet yaradılacaq

2026-cı ildə mövcud ali təhsil müəssisələrinin bazalarında 2 tədqiqat universiteti yaradılacaq.
Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, tədqiqat universiteti statusunun verilməsi ilə bağlı tələblər 2017-ci ildə Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarı ilə təsdiqlənib. Hazırda beynəlxalq təcrübə əsasında həmin tələblərin yenilənməsi ilə bağlı müvafiq işlər aparılır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası"na əsasən 2026-cı ildə mövcud ali təhsil müəssisələrinin bazalarında 2 tədqiqat universitetinin yaradılması nəzərdə tutulur.
Elmi-tədqiqat institutları və ali təhsil müəssisələrinin qarşılıqlı fəaliyyətinin təşkili, mövcud problemlərin və həll yollarının birgə müəyyənləşdirilməsi, universitetlərin beynəlxalq reytinq göstəricilərinin yüksəldilməsi, onların elmi-tədqiqat mərkəzlərinə çevrilməsi əsas məqsədlər kimi müəyyən edilib. Bu istiqamətdə bir sıra elm və ali təhsil müəssisələri arasında anlaşma memorandumu imzalanıb.
Oxşar xəbərlər
"Evi sökülən vətəndaşa 80-100 min verilir, amma bazarda qiymət 200 mindir"
"Sabunçu qəsəbəsində 19-cu əsrin sonu, 20-ci əsrin əvvələrində inşa edilmiş 100-lərlə yaşayış binası var. Onların istismar müddəti keçdiyinə görə yaşamaq üçün u...
