Azərbaycanda I yarımildə avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 14 %-ə yüksəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il iyunun 30-na Azərbaycanda avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 14 % təşkil edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatlarında qeyd edilib.
Bu bu da ötən ilin sonundakı göstəricidən 1 faiz bəndi yüksəkdir.
Məlumata görə, mənzil təmiri üçün verilən istehlak kreditləri üzrə faiz dərəcəsi iyunun sonuna 18 % (2025-ci ilin sonundakı göstəriciyə uyğundur) təşkil edib.
Eyni zamanda, I yarımildə məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin orta faiz dərəcəsi 26 % səviyyəsində qalıb.
Yanvar-iyun aylarında kredit kartları vasitəsilə verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 27 % təşkil edib.
Digər istehlak kreditləri üzrə orta faiz dərəcəsi iyunun sonuna 2025-ci ilin dekabr ayı ilə müqayisədə 1 faiz bəndi azalaraq 21 % olub.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
"Cənnətin ariyası" adlı layihə çərçivəsində 2 saylı uşaq evinin və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin sakinlərinin birgə iştirakı ilə kons...