Azərbaycanda hazırlıqdan gələrkən qaçırılan qız tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Masallıda qaçırılan qız tapılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə Masallı rayonunun Ərkivan qəsəbə sakini 2005-ci il təvəllüdlü S.Tağıyevanın repetitor yanından evə qayıdarkən kənd yolunda naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılması barədə xəbərlər yayılıb. Qızın qaçırılması barədə dərhal Masallı Rayon Polis Şöbəsi və aidiyyəti qurumlar məlumatlandırılıb.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, həmin müraciətlə əlaqədar keçirilən müvafiq tədbirlər nəticəsində qızın yeri müəyyən olunub və gətirilərək ailəsinə təhvil verilib.
Hazırda faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...