Azərbaycanda güclü yeraltı təkan gözlənilir? - AÇIQLAMA + FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyənin Malatya vilayətində baş verən yeraltı təkanların Azərbaycana heç bir təsiri gözlənilmir. İnsanlar arasında narahatlıq yaratmağa əsas yoxdur”.
BAKU.WS xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, zəlzələnin Azərbaycan üçün dağıdıcı fəsadları gözlənilmir:

“Respublikada güclü, dağıdıcı zəlzələ olmayacaq. Haradasa bunun gözləntisi var, deyə bilmərik. Xırda təkanlar olur, olacaq da. Arabir bu təkanlar əhali tərəfindən hiss olunur. Lakin heç bir halda bu, ağır fəsadlara və ya bədbəxt hadisələrə gətirib çıxara bilməz. Əhali arasında bu mövzuda hər hansı ajiotaj yaradacaq məlumatlar bölüşülməsin”.
Oxşar xəbərlər
Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır? - Seysmoloji Mərkəzdən xəbərdarlıq + FOTO
Son vaxtlar ölkəmizin müxtəlif bölgələrində ard-arda zəlzələlər baş verir. Yerin alt qatlarında Ərəbistan, Avrasiya, Afrika və digər bu kimi adlarla ifadə oluna...