Azərbaycanda faktiki hava açıqlanıb
Mayın 10-u gündüzədək ölkə ərazisində hava qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, düşən yağıntının miqdarı Balakəndə 32, Zaqatalada 22, Ağstafada 21 (aylıq normanın 39 faizi), Oğuzda 20, Sarıbaşda (Qax) 17, Tovuzda 16 (aylıq normanın 30 faizi), Mingəçevirdə 14 (aylıq normanın 31 faizi), Şəkidə 13, Göygöldə 12, Qubada 11, Tərtər, Qəbələ, Naftalan, Kişçay (Şəki), Ceyrançöldə 10, Qusar, Daşkəsəndə 8, Xaltan, Gəncə, Sədərək, Şərurda 7, Şabran, Bərdə, Yardımlı, Gədəbəydə 6, Lerik, Göyçay, Altıağac, Xaçmaz, Qrız, Şəmkir, Ağdərədə (Ordubad) 5, Beyləqan, Ağdamda 4, Lənkəran, Astara, İsmayıllı, Şamaxı, Naxçıvan, Zərdab, Nabran, Şahbuzda 3, Cəfərxan, Ordubadda 2, Şahdağ, Kürdəmir, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, Mərəzədə 1, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 4, Bakı, Zabratda 2, Maştağa, Binədə 1 mm olub.
Şimal-qərb küləyinin sürəti Naftalanda arabir 26 m/s, Tərtərdə 23 m/s, Tovuz, Ağstafa, Neftçala, Gəncədə 20 m/s, Şəmkirdə 18 m/s, Abşeron Dəniz rayonunda arabir 15-19 m/s-dək güclənib.
Oxşar xəbərlər
Azərbaycanın bu ərazilərində qarın hündürlüyü 9 sm-ə çatıb
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən mə...