Azərbaycanda evlənmək vədi ilə aldadılanlar təzminat ala bilər? - DEPUTAT AÇIQLADI

Azərbaycanda evlənmək vədi ilə aldadılanlar təzminat ala bilər? - DEPUTAT AÇIQLADI
Sosial 118

Türkiyədə "evlənmə vədi ilə aldadılma" hallarına hüquqi qiymət verilib. Rəsmi hüquqi mənbələrə görə, əgər bir şəxs qarşı tərəfə "səninlə evlənəcəyəm" vədi verib, amma sonradan əsassız şəkildə evlənməkdən imtina edirsə, aldadılan tərəf məhkəməyə müraciət edə bilər. Məhkəmə zərər çəkmiş tərəfin maddi xərclərini ödətməyi, bəzi hallarda isə mənəvi təzminat təyin etməyi qərara ala bilər. Bəs belə bir qanunun Azərbaycanda olması mümkündür?

Məsələ ilə bağlı BAKU.WS-ə danışan deputat Fazil Mustafa bildirib ki, ümumiyyətlə belə bir qanunun olması mümkün deyil:

"Məncə çox absurd bir qanundur. Türkiyədə bunu qəbul ediblər. Bu birinci növbədə insanların cahilliyi ilə bağlıdır. Türkiyədə də cahillik səviyyəsi bizdən daha artıqdır. Çünki hər hansı bir şəxsə evlənmək vədi vermək, duyğularını istismar etmək insan ağlının hansı prinsiplə işləməsilə bağlıdır. Bunu tənzimləmək də çətin olar - böhtan xarakterli addımlar atıla bilər. Belə məsələlərdə hüquq predmeti olmamalıdır. Bu ictimai əxlaqla bağlı məsələdir. Hüququn belə bir prosesə müdaxilə etməsi yersizdir. Sübutu da müəyyən mərhələdən keçməlidir. Ona görə də belə bir məsələnin qanunvericiliyə gətirilməsi mümkün deyil".

Şahanə Xankişiyeva

Son xəbərlər