Azərbaycanda erməni dili tədris olunacaq – VİDEO

Azərbaycanda erməni dili tədris olunacaq – VİDEO
Video
Sosial 625

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ikinci dəfə ödənişsiz erməni dili kursu təşkil edir.

Baku Tv xəbər verir ki, kursda erməni dilini öyrənmək istəyən magistr və ya doktorantura dərəcələrinə malik olan dövlət qurumlarının nümayəndələri, jurnalistlər və gələcəkdə elmi fəaliyyətlə məşğul olacaq gənc tədqiqatçılar iştirak edə bilərlər.

Dərslər sentyabrın 30-da başlayacaq. Kurs altı ay davam edəcək. Tədrisin həftənin çərşənbə günü Mərkəzdə əyani və şənbə günü onlayn şəkildə keçirilməsi nəzərdə tutulub. Hər ayın son dərsində test imtahanı və kursun axırıncı ayında biliklərin qiymətləndirməsinə dair yekun imtahan təşkil olunacaq. Dərsi iki dəfədən çox buraxan şəxslər proqramdan kənarlaşdırılacaq və əvəzində digər namizəd dərsə qatıla biləcək.

Ərizə qəbulu bu gündən başlayır. Müraciət üçün son tarix sentyabrın 25-dir. Maraqlanan şəxslərdən CV-lərini və işlədikləri qurumdan və ya elmi rəhbərlərindən tövsiyə məktubunu info@aircenter.az ünvanına göndərmələri xahiş olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər